Ukrayna və Britaniya təhlükəsizlik sahəsində saziş imzaladılar

Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Rişi Sunak təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq sazişi imzalayıblar.

Metbuat.az-ın məlumatına görə, “Ukrayna ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” bu gün Kiyevdə keçirilən danışıqlardan sonra iki ölkə liderləri tərəfindən imzalanıb.

Sənədlərə əsasən, rəsmi London Kiyevlə kəşfiyyat məlumatlarını mübadilə edəcək, kibertəhlükəsizlik, hərbi təlimlərə kömək edəcək və müdafiə-sənaye əməkdaşlığını gücləndirəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı