"Xəzər axşamı" verilişinin ötən axşam yayımlanan buraxılışında gərgin anlar yaşanıb.
Metbuat.az xəbər verir ki, canlı efir zamanı müğənni Mənzurə Musayeva proqramı tərk edib. İfaçının bu addımı atmasına səbəb studiyada səsləndirdiyi canlı ifasını bəyənməməyi olub. Aparıcı Mətanət Əlverdiyeva isə sənətçinin bu addımına "Bizim mikrofonda texniki problem yoxdur. Əgər müğənni canlı oxuya bilmirsə bu nə mənim, nə redaktorun, nə də texniki heyətin günahı deyil",- deyə cavab verib.
Daha ətraflı videoda: