Dortmund "Borussiya"sı “Real Madrid”in futbolçusu Arda Güleri transfer etmək istəyir.
Metbuat.az xəbər verir ki, “Real”da zədələrdən sonra meydana qayıdan Arda icarə əsasında klubu tərk edə bilər. “Ruhr24”ün xəbərinə görə, “Borussiya Dortmund” Ardanı mövsümün sonuna qədər icarəyə götürmək istəyir. Bildirilir ki, “Borussiya Dortmund”un “Real”la yaxşı əlaqələri olduğuna görə, bu transfer reallaşa bilər.
Qeyd edək ki, ardıcıl zədələrdən sonra Arda Güler İspaniya kubokunun oyunlarında heyətdə yer alıb. Arda Güler “Real Madrid”lə müqavilə imzalanma mərasimində başqa komandaya icarəyə getmək istəmədiyini bildirmişdi.