Həsən Nəsrullah ABŞ-ın Yəmənə hücumundan danışdı

Livandakı Hizbullah Hərəkatının baş katibi Həsən Nəsrullah ABŞ-a xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, xəbərdarlıqda deyilir ki, ABŞ-ın Yəmənə hava zərbəsi endirərək İranı təhdid etməsi barədə mesaj verməsi səhv həmlədir. Nəsrullahın sözlərinə görə, Yəmənə hücum Böyük Britaniya və ABŞ-ın axmaqlığıdır. ABŞ müharibəni qızışdırmaq istəmədiyini iddia edir, lakin onlar bunu edirlər.

Yəməndəki husilərin Qırmızı dənizdəki gəmiləri hədəf almasından hava hücumu ilə çəkindirməyin mümkün olmadığını ifadə edən Nəsrullah bildirib ki, Yəmənlilərin ABŞ və Böyük Britaniyanın hücumlarına necə cavab verəcəklərinə özləri qərar verəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı