​Bakıda "avtoş"luq edən avtobus sürücüsü həbs edilə bilər?

Bakıda sərnişin avtobusunun “drift” etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər ictimaiyyətdə birmənalı qarşılanmayıb. Vətəndaşlar bu cür halların marşrut xəttində olan avtobuslarda da təkrarlandığını və bunun da sərnişinlərin həyatına ciddi təhlükə yaratdığını bildirir.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, bu cür hallar qəbuledilməzdir: "Ortaya çıxan məqam ondan ibarətdir ki, həmin şirkət sürücülərinə peşakarlığın artırılması məqsədilə təlim keçirmiş və sürücü də vəziyyətdən istifadə edərək belə bu cür hərəkətə yol verib, bu da sosial şəbəkələrdə paylaşılıb: "Əslində bu hal qapalı məkanda təlim kimi qəbul olunsa da, sürücü çox mükəmməl bir sürüş nümayiş etdirir. Amma təhlükəsizlik baxımından əlverişli şərait seçməyib. Artıq sürücü cəzalandırılıb. Ümumiyyətlə, avtobus sürücülərinin peşəkarlığının artırılması, onların psixoloji durumunun yoxlanılması olduqca vacibdir. Bu məsələ daim müzakirə olunur. Bununla bağlı təkliflər veririk. Düşünürük ki, sürücülərin peşakarlığınə həm sürüşdə, həm psixoloji münasibətdə davranış qaydalarında özünü göstərməlidir. Təbii ki, bu cür hərəkətləri ümumi istifadədə olan yolda etsə avtoxuliqan kimi həbs oluna bilər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı