"Obyektlərdə yanğın təhlükəsizliyi ilə bağlı yanaşmada biganəlik var" - AÇIQLAMA

"Bakının Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən yanğınnın təhlilinin nəticəsi göstərir ki, hadisə təhlükəsizlik qaydalarının pozulmasından baş verib".

Bunu Metbuat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib. Ekspert qeyd edib ki, son zamanlar baş verən genişmiqyaslı yanğın hadisələri təhlükəsizlik qaydalarına bir daha nəzər yetirilməsini vacib edir:

Elmar Nurəliyev: “Mühafizə işinə münasibət ciddi şəkildə dəyişməlidir” - MÜSAHİBƏ

"Ümumiyyətlə, sexlərdə yanğın təhlükəsizliyinə dair texniki bazanın normalara uyğunluğuna, onların daim işlək və saz vəziyyətdə saxlanılmasına nəzarət edilməlidir. Burada əsas məsuliyyət həmin obyeklərin rəhbərliyinin üzərinə düşür. Söhbət insan həyatından gedirsə, obyekt rəhbəri yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına, obyektdə fəaliyyət göstərənlərin bu qaydalara əməl etməsini tələb kimi qoymalıdır. Ətrafda olan elektrik avadanlıqlarının yanma təhlükəsi yüksəkdir, nasazlıq olarsa, qısaqapanma yaranarsa yanğın baş verə bilər. Onların hər biri yoxlanmalıdır. Göründüyü kimi, bu məsələ kiçik deyil, geniş yanaşma, diqqət vacibliyi istəyir”.

Son günlər baş verən yanğın hadisələri barədə danışan ekspertin sözlərinə görə, ümumiyyətlə yanğın təhlükəsizliyi ilə bağlı yanaşmada biganəlik var:

"Yanğının qarşısını almaq üçün tədbirlər planı olmalıdır. Həmin planlarla yanğının daha geniş miqyasda yayılmasının qarşısını almaq mümkündür. Düşünməyək ki, yanğın hadisələrindən yüz faiz sığortalanmaq olar. Normativ standartlara əməl etməklə daha az zərər ilə qurtulmaq olar.

Ümumiyyətlə, belə yerlərdə, bazarlarda və ticarət mərkəzləri kimi obyektlərdə könüllü yanğınsöndürmə qrupları olmalıdır. Əgər kimsə sexdə qəsdən yanğın törədibsə, baş verənlər araşdırılıb və ona hüquqi qiymət veriləcəkdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı