Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti ilə görüş keçirildi - FOTO

Ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Milli Müdafiə Universiteti və Komanda-Qərargah Akademiyasının rəhbərliyi, professor-müəllim heyəti və dinləyiciləri Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunu ziyarət ediblər.

Bu barədə Metbuat.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi və təhsil sistemi, eləcə də elmi fəaliyyəti barədə brifinq təqdim edilib.

Keçirilən görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsindən söhbət açılıb, bu istiqamətdə görüləcək işlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Sonra nümayəndə heyəti Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində olub. Qonaqlar institutun və mərkəzin əsas fəaliyyət istiqamətləri, imkan və qabiliyyətləri barədə məlumatlandırılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və birgə xatirə şəkli çəkdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR