Magistral su kəmərində aparılan təmir işlərilə əlaqədar Abşeron və Bakının Sabunçu rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Metbuat.az-a verilən məlumata görə, Sumqayıtın “Bağlar” ərazisinə də içməli suyun verilişində məhdudiyyətlər olacaq.