Qadınların pensiya yaşının azaldılması ilə bağlı təkliflərə aydınlıq gətirilib.
Metbuat.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev 2023-cü ilin yekunlarına dair mətbuat konfransında məlumat verib.
O bildirib ki, əmək pensiyaları ilə bağlı tələblər qanunla tənzimlənir.
"Qadınların pensiya yaşı mərhələli şəkildə artırılır. Bu gün nazirliyin gündəliyində qadınların pensiya yaşının azaldılması məsələsi yoxdur".