Payızlıq bitkilərin səpin sahəsi azalıb

Ölkədə 2024-cü ilin məhsulu üçün payızlıq bitkilərin kütləvi səpini başa çatmaq üzrədir. Cari ilin 1 yanvar tarixinədək 1025,4 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.

Metbuat.az xəbər verir ki, səpin aparılan sahənin 99,0 faizini və yaxud 1015,6 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib ki, bunun da 598,3 min hektarı buğda, 417,1 min hektarı arpa, 161,0 hektarı isə çovdar əkinlərinin payına düşür.

    Ən çox buğda bitkisi Cəlilabad (56,6 min ha), Füzuli (32,0 min ha), Şamaxı (29,3 min ha), Hacıqabul (24,6 min ha), Şəki (24,1 min ha), İsmayıllı (21,2 min ha), Ağcabədi (20,0 min ha) və Xocavənd (18,9 min ha) rayonlarında, ən çox arpa bitkisi Kürdəmir (34,5 min ha), Şəki (34,2 min ha), Neftçala (26,7 min ha), Biləsuvar (24,3 min ha), Ağsu (19,9 min ha), Goranboy (15,7 min ha) və Qobustan (14,6 min ha) rayonlarında səpilib.

    Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 4,6 faiz, o cümlədən buğdanın səpin sahəsi 9,9 faiz azalıb, arpanın səpin sahəsi 4,3 faiz artıb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı