Tanınmış jurnalist Səbuhi Məmmədli vəfat edib.
Metbuat.az xəbər verir ki, jurnalist bu gün gecə saatlarında müalicə aldığı klinikada dünyasını dəyişib.
Xatırladaq ki, daha öncə jurnalist səhhəti ilə əlaqədar Yeni Klinikaya köçürülmüşdü. O, “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” çərçivəsində hemodializ müalicəsi alırdı. Ona kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulmuşdu.
Qeyd edək ki, o, daha əvvəl hər iki ayağının amputasiyası əməliyyatını keçirmişdi.
Allah rəhmət eləsin!