İranın Pakistana hücumunun əsas səbəbi bu imiş

İranın Bəlucistan əyalətinə hücumuna cavab vermək üçün Pakistan bütün variantları nəzərdən keçirir.

Metbuat.az xəbər verir ki, bu barədə Pakistanın yüksək rütbəli kəşfiyyat mənbələri Anadolu agentliyinə bildiriblər. Açıqlamada deyilir ki, İran sərhəddəki Pəncqur qəsəbəsində "Ceyşul Adl” adlı silahlı qrupa qarşı hücum təşkil etdiyini iddia etsə də, mülki vətəndaşlar hədəfə alınıb. Xəbərdə qeyd edilir ki, Pakistan İranın hücumuna tələsik reaksiya vermək istəmir. Məsələ ilə bağlı çox vacib və təcili görüşün davam etdiyini bildirən mənbələr, İranın hücumuna cavab olaraq bütün variantların masa üzərində olduğunu qeyd edib. Pakistanın kəşfiyyat mənbələri hesab edir ki, İran Qəzzadakı böhranın sona çatmasına əhəmiyyətli töhfə verə bilmədiyi üçün belə həmlələrlə gündəmdə qalmaq istəyir. Qeyd edək ki, İran Pakistanın ərazisini bombalayıb. İran tərəfi terrorçuların mövqelərini hədəfə aldığını bildirib.

Pakistan tərəfi ölkənin suverenliyinin pozulduğunu əsas gətirərək, etiraz edib. Pakistanın Xarici İşlər Nazirliyinin açıqlamasında İran tərəfindən ölkənin hava məkanını səbəbsiz şəkildə pozulması şiddətlə pislənilib və hücumda 2 uşağın həyatını itirdiyi, 3 qızın isə yaralandığı bildirilib. Bəyanatda qeyd olunub ki, Pakistanın suverenliyinin bu cür pozulması yolverilməzdir və ciddi nəticələrə səbəb ola bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı