Məğlubiyyətdən sonra Gündoğanın Ardaya dediyi sözlər gündəm oldu - FOTO

İspaniya Superkubokunun finalından sonra "Barselona"nın futbolçusu İlkay Gündoğanın meydanda Arda Gülerə yaxınlaşaraq dediyi sözlər açıqlanıb.

Metbuat.az xəbər verir ki, İlkay Arda Gülerə yarımfinalda “Atletiko Madrid” matçında oynadığı futbolu bəyəndiyini söyləyib. Gündoğanın Ardanı təriflədiyi ifadə edilib. Gündoğan Gülerin texnikasını və keyfiyyətini yüksək qiymətləndirib.

Qeyd edək ki, İspaniya Superkubokunun yarımfinalında Arda Güler oyunun son 8 dəqiqəsində meydanda olub. “Real Madrid”in “Barselona”nı 4-1 hesab ilə məğlub etdiyi final oyununda isə o oyunda yer almayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR