Fədayədən Zeynəb Xanlarova ilə bağlı arzusunu tənqid edənlərə CAVAB

Müğənni Fədayə Laçın Xalq artisti Zeynəb Xanlarovadan libasını istəməsini tənqid edənlərə cavab verib.

Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı fikirlərinin düz başa düşülmədiyini vurğulayıb:

"Sevgidən doğan arzumu səhv anlayanlar da olub. Bir arzum var: Zeynəb xanım hər hansı bir paltarını mənə bağışlasın. Mən də həmin paltarı geyinib, sənətkarın mahnılarından ibarət bir konsert proqramı ilə çıxış edim. Sonra paltarı əzizləyim, saxlayım. Sevgimdəndir, sadəcə bir arzudur, burda nə var ki? Mən Zeynəb xanımı dinləyib, ilhamlanıram".

F.Laçın onunifasının Z.Xanlarovadan zəif olduğunu yazan istifadəçiyə "Öyrənəcəm də, xanım. Çoxlu məşq edəcəyəm. Əlbəttə, o olmayacaq. Zeynəb xanım ola bilmərəm axı. Sadəcə onu çox sevirəm. Mən də özüm kimi oxuyacağam da, çalışacağam ki, yaxşı oxuyum" cavabını verib.

Qeyd edək ki, Fədayə paylaşımında "Bu paltarını mənə bağışlasın. Boynundakını istəmirəm. Onun saxtası məndə var. Mənə bağışladığı paltarı geyinib, onun mahnılarından ibarət "Mənim Zeynəbim" adlı konsert proqramı ilə çıxış edəcəyəm. Arzumu həyata keçirin, bax, ölüb-edəcəyəm, yanıb-yaxılacaqsınız" sözlərini yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı