“Azəriqaz” İstehsalat Birliyi yeni ildə qaz limitinin yenilənməsi məsələsinə aydınlıq gətirib.
Metbuat.az-ın məlumatına görə, bunu Birliyin Qəza çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək bildirib ki, yeni ilə keçidlə bağlı qazdan istifadə limitlərinin yenilənməsi başa çatıb:
“Yenilənmə artıq başa çatıb və yenilənmədən sonra sayğac göstəriciləri qeydə alınıb”.
Gülbəniz Hüseynli / Metbuat.az