Məşhur türk sənətçi Sibel Can Bakıya gəlib.
Metbuat.az Olay.az-a istinadən xəbər verir ki, o, paytaxtımızda iki gün vaxt keçirəcək.
Müğənninin Azərbaycana gəlmə səbəbi isə iş xanımı Ruhiyyə Əliyevadır. Sibel Can “Liatris Holdinq”in rəhbərinin xüsusi qonağıdır.
Qeyd edək ki, məşhurların münasibəti uzun zaman öncəyə dayanır. Onlar illərdir rəfiqəlik edirlər, mütəmadi görüşürlər.