Türk dövlətində 7 bal gücündə zəlzələ baş verdi

Qırğızıstanın Çinin Sincan-Uyğur Muxtar Bölgəsi ilə sərhədində 7 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, zəlzələnin episentri Qızıl-Su rayonu yaxınlığında yerləşib. Yeraltı təkanların episentri Aksu vilayətindən 121 km qərbdə və Almatıdan 270 km cənub-şərqdə yerləşir, ocağı isə 9 km dərinlikdədir.

Bəzi mənbələr yeraltı təkanların 7,2 bal gücündə olduğunu yazıb. Fəsadlar barədə hələlik məlumat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı