21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların stadionları müəyyənləşib.
Metbuat.az istinadən xəbər verir ki, yığmanın martdakı qarşılaşmaları "Azərsun Arena"da baş tutacaq.
U-21 martın 22-də İngiltərə, 26-da isə Ukrayna ilə üz-üzə gələcək.
Matçların saatı hələlik bəlli deyil.