65 yaşlı kişi metroda öldü

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarda sərnişinin halı pisləşdiyi üçün maşinistə daxil olan məlumat əsasında dərhal tədbirlər görülüb.

Metbuat.az xəbər verir ki, dispetçerin müvafiq tapşırığına uyğun olaraq "Qara Qarayev" stansiyasında sərnişin qarşılanıb. Təcili tibbi yardım xidməti çağırılıb. İlkin ehtimalla 60-65 yaş aralığında olan kişi sərnişinə ilkin yardım göstərilib. Təcili yardım briqadası gələnə qədər sərnişin vəfat edib.

Allah rəhmət eləsin.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı