Azərbaycanda əsasən narkotik istifadəçiləri, transgenderlər əsas risk qruplarına daxildir.
Metbuat.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” səhifəsindəki canlı yayımda IIV/QİÇS haqqında danışarkən deyib.
O bildirib ki, sağlam insanlar məlumatsız olduğu halda, xüsusən gözəllik salonlarında istifadə olunan alətlərdən bu virusa yoluxa bilirlər.
“Miqrantlar arasında bu xəstəliyin yoluxma halları müşahidə edilir”.
Gülbəniz Hüseynli / Metbuat.az