Məşhur futbolçunun anası gecə klubunda dava saldı

İngiltərə millisinin və "Mançester Siti"nin futbolçusu Fil Fodenin anası Klayr Rovlands saxlanılıb.

Metbuat.az xəbər verir ki, 44 yaşlı qadın gecə klubunda xeyli içki içdikdən sonra müştərilərdən biri ilə mübahisə edib. Həmin şəxsə hücum edən Rovlandsı mühafizəçilər gecə klubundan çıxarmalı olublar.

Rovlands daha sonra polis əməkdaşlarını təhqir edib. Buna görə saxlanılan xanım bir gün polis bölməsində qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR