Azərbaycanda ağır və az ağır cinayətlər azalıb

2023-cü ildə ölkədə 36 min 811 cinayət qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirilən kollegiya iclasında deyib.

O bildirib ki, 2022-ci illə müqayisədə, 2023-cü ildə qeydə alınmış xüsusilə ağır cinayətlərin faiz göstəricisi sabit qalsa da, ağır və az ağır cinayətlərin faiz nisbəti azalıb, böyük ictimai təhlükə törətməyən cinayətlərin faiz nisbəti isə artıb.

"2023-cü ildə ölkə ərazisində 36 min 811 cinayət qeydə alınmaqla onların 87, 8 faizinin açılması təmin edilib, Ümumilikdə, ölkə üzrə cəmi 21 min 104 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 1350-si prokurorluq orqanlarında isintaq edilib. Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 902, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 16 min 146 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı