Ötən il korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə cinayətlərlə bağlı 172 iş məhkəməyə göndərilib.
Metbuat.az xəbər verir ki, bunu Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, həmin şəxslərdən 45 nəfəri cinayət başında yaxalanıb: “37 əməliyyat tədbiri həyata keçirilib, axtarışda olan 12 nəfər tutulub”.