"Dedilər təcili yardım maşını yoxdur, özün gəl" - İDDİA / RƏSMİ AÇIQLAMA

Ağstafada bıçaqlanan şəxsin xəstəxanaya çatdırılması üçün təcili yardım maşınının olmaması iddia edilir.

Metbuat.az bildirir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Videodakı şəxs iddia edib ki, o bıçaqlandıqdan sonra təcili yardıma zəng edilsə də, onlara maşının olmadığı deyilib və özünün xəstəxanaya gəlməsi təklif edilib.

Məsələ ilə bağlı Ağstafa rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxananın baş həkimi İlham Sofuyev saytımıza açıqlamasında məlumatı təkzib etdi:

"Ağstafada yetərli sayda təcili tibbi yardım maşını var. Həmin yaralı da xəstəxanaya maşınla gətirilib, şəhərin mərkəzində yüzlərlə insanın gözü qarşısında olub. Müəyyən gecikmələr ola bilər sadəcə, maşınlar bir çağırışdan digər çağırışa göndərilir, amma yetərli saydadır".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı