Mənzillərə yazılan əsassız qaz borcu abonentə geri qaytarılacaq - "Azəriqaz" açıqladı

“Azəriqaz” İstehsalat Birliyindən vətəndaşlara əlavə qaz borcu yazılması ilə əlaqədar məsələlərə aydınlıq gətirilib.

Metbuat.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, əgər abonent dəymiş ziyanla razılaşmırsa, məhkəməyə müraciət edə bilər:

“Məhkəmə araşdırması zamanı əgər bu fakt təstiqini taparsa, dəymiş ziyanı abonentə qaytarırlar. Abonentin onunla razılaşmamaq kimi hüququ var. O hüququ mübahisələndirmək üçün məhkəməyə müraciət etməlidir”.

Eldəniz Vəliyev qeyd edib ki, əvvəllər qanunda müəyyən boşluqlar səbəbindən eyni tipli məsələlərə ya "Azəriqaz" ın, ya da abonentin xeyrinə qərar çıxarılırdı:

“Azəriqaz” İstehsalat Birliyi ağlına gələn rəqəmi abonentin qəbzinə yaza bilməz, onu əsaslandırmalıdır. 2022-ci ildə qanuna edilən dəyişikliyə əsasən, dəymiş ziyanın daha dəqiq prinsiplərlərlə araşdırılması ehtiva olunur. Bundan sonra, bu kimi məsələlərdə daha çox hüquqa dayanmış qərarlar veriləcək”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı