Daha 2 nəfər dəm qazından öldü

Şirvanda yanvarın 26-da iki nəfər dəm qazından boğularaq ölüb.

Metbuat.az xəbər verir ki, hadisənin biri şəhərin Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Çingiz Əsədov yaşadığı fərdi evin həyətində yerləşən hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Digər hadisə Şirvan şəhərinin M.Əsədov küçəsi ev 96 ünvanında qeydə alınıb. Şəhər sakini 1954-cü il təvəllüdlü Şölə Abıyeva yuyunmaq üçün yaşadığı fərdi yaşayış evinin hamam otağına daxil olmuş, bir müddət keçdikdən sonra hamam otağının daxilində olan su qızıdırıcıdan dəm qazının sızması nəticəsində zəhərlənərək ölüb.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı