Fevral ayının ŞANSLI BÜRCLƏRİ: Üzərlərinə yağış kimi pul yağacaq

Astroloqlar fevral ayında arzuları və istəkləri gerçəkləşəcək bürclər barədə maraqlı detallar paylaşıblar.

Metbuat.az-ın məlumatına görə, dörd bürc qarşıdakı ayda maddi problemlərini həll edib, həm də eşq həyatında gözlədikləri şansı tapacaqlar.

Qoç

Fevral ayında Qoç üçün sevgi və münasibətlər çox müsbət bir dövrə girə bilər. Onlar münasibətlərində daha ehtiraslı və romantik bir dövr yaşaya bilərlər. Qoçların maliyyə məsələlərində də bəxti gətirəcək.

Buğa

Buğa üçün fevral ayı karyera baxımından çox uğurlu ola bilər. Astroloqların proqnozuna görə, buğalar iş həyatlarında yeni imkanlarla qarşılaşa və maddi cəhətdən şəraitlərini yaxşılaşdıra biləcəklər. Tənha gəzən Buğaların sevgi həyatlarında da müsbət inkişaflar gözlənilir.

Xərçəng

Xərçəng üçün fevral ayı ailə və münasibətlər baxımından olduqca xoş keçə bilər. Ailələri ilə daha çox vaxt keçirə və münasibətlərində daha xoşbəxt bir dövr yaşaya bilərlər. Maliyyə məsələlərində də şans gözlənilir.

Qız bürcü

Fevral Qız bürcü üçün iş həyatında uğur və qazanc gətirə bilər. Uzun müddətdir, “yatmış” bəxtlərindən gileylənən Qızlar karyeralarında irəliləyiş imkanları ilə qarşılaşacaqlar. Sevgi həsrəti çəkən Qızların eşq həyatı da “diriləcək”. Maddi sferada irəliləyişlər gözlənilir.

Aidə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR