Vardanyan barədə qərar verildi

Bakı Apellyasiya Məhkəməsində separatçı erməni milyarder Ruben Vardanyanın həbs müddətinin uzadılmasından verilən apellyasiya şikayətinə baxılıb.

Metbuat.az xəbər verir ki, prosesdə şikayət araşdırılıb və qərar qəbul edilib. Məhkəmə apellyasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, davam edən cinayət işi üzrə R.Vardanyan barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmənin qərarı ilə, R.Vardanyanın həbs qətimkan tədbiri daha 4 ay uzadılıb.

Xatırladaq ki, hazırda digər separatçılarla birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı