Bakının Xətai rayonu ərazisində mənzillərin birindən 17000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikəri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Faiq Cavadov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.