Səudiyyə Ərəbistanından gələn təklifləri rədd edən portuqaliyalı məşqçi Joze Mourinyonun yeni iş yeri açıqlanıb.
Metbuat.az xəbər verir ki, Joze Mourinyo yenidən Premyer Liqaya qayıtmağa hazırlaşır. Avropada qalmaq istədiyi üçün Səudiyyə Ərəbistanından gələn astronomik təklifləri rədd edən portuqaliyalı çalışdırıcının "Liverpul"un baş məşqçisi olacağı irəli sürülüb.
Qeyd edək ki, Joze Mourinyo daha əvvəl İngiltərədə "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"i çalışdırıb. Premyer Liqada ümumilikdə 362 matça məşqçi kimi çıxan Mourinyo bu görüşlərdə 217 qələbə, 84 heç-heçə və 61 məğlubiyyətə imza ataraq orta hesabla 2,03 xal qazana bilib.