Göyçayda ölən rentgenoloqun görüntüsü - FOTO / TƏFƏRRÜAT

Göyçay Rayon Mərkəzi Xəstəxanasında, həmin xəstəxananın rentgenoloq-texnikinin əməliyyatdan sonra dünyasını dəyişməsilə bağlı bəzi təfərrüatlar məlum olub.

Metbuat.az-ın əldə etdiyi məlumata görə, xəstəxanada rentgenoloq-texnik işləyən Sahib Cavadov 1961-ci ildə Göyçay şəhərində anadan olub. S. Cavadov uzun müddət müxtəlif xəstəliklərdən əziyyət çəkirmiş. İki il əvvəl infakt keçirən rentgenoloq əməliyyat olunub və ürəyinə 3 stend qoyulub.

Bununla yanaşı o, qan təzyiqi və şəkərli diabet xəstəliklərindən də əziyyət çəkirmiş. Məlumata görə, bir neçə ay əvvəl S. Cavadov həmin xəstəxanada nekroza görə əməliyyata götürülüb və ayaq barmağının biri amputasiya olunub. Təxminən bir həftə əvvəl isə, onun ikinci barmağında qaralma başlayıb və həkimlərin məsləhəti ilə həmin barmağın da amputasiyasına qərar verilib.

Dünən axşam saatlarında Cavadov Sahib Rəşid oğlu tam normal vəziyyətdə əməliyyata götürülsə də, cərrahi müdaxilədən sonar qəfil halı pisləşib. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib.

S. Cavadov bu gün günorta saatlarında dəfn edilib.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı