Komitə boşanma səbəbləri ilə bağlı proqram hazırlayır: "Gəncləri evlilik öncəsi hazırlamaq lazımdır "

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) yeni ailə planlaması proqramını hazırlayır. Bu proqram vasitəsi ilə nikaha daxil olmaq istəyənlərin psixoloji vəziyyəti, yaxud ailələrin dağılmasına səbəb olan faktlar öyrənilib təhlil ediləcək”.

Bu fikirləri AQUPDK-nin regional mərkəzlərlə iş sektorunun müdiri Pərviz Əliyev Metbuat.az-ın sualına cavab olaraq deyib. O qeyd edib ki, proqram imkan verəcək ki, ailələrin dağılmasına səbəb olan kənar təsirlər müəyyən edilib, bu istiqamətdə işlər aparılsın.

“Burada əsas məsələ, qurulan ailənin mahiyyətinin düzgün izah edilməsidir. Bəziləri ailə qurmağı, formal bir hal hesab edir. Amma cütlükləri buna hazırlamaq lazımdır. Hər bir evliliyə addım atan şəxs, həm maddi, həm də psixoloji cəhətdən buna hazır olmalıdır. Bizim, üzərində işlədiyimiz proqram bu məqsədlərə yönəlib və gələcəkdə sağlam ailə institutunun qurulmasında mühüm rol oynayacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı