Bu ölkədə hələ də 2016-cı ildir

Bütün dünya 2024-cü ili yaşadığı halda, Efiopiyada təqvimlər hələ də 2016-cı ili göstərir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hazırda dünyanın əksər ölkələri Qriqorian təqvimindən istifadə etsə də, başqa üsullardan istifadə edən bir neçə ölkə hələ də qalıb.

Efiopiyada 13 aylıq təqvimdən istifadə olunur. Bu aylara Meskerem, Tikimt, Hidar, Tahsas, Tir, Yakatit, Maggabit, Myazya, Ginbot, Sene, Hamle, Nehasa və Pagume deyilir. Ayların adları Efiopiya xalqına məxsus Amhar dilində yazılır. 12 ayın hər biri bizim işlətdiyimiz təqvimdəki aylara ekvivalentdir, lakin onların hər biri 30 gündən ibarətdir. 13-cü ay isə "Pagume"(ጳጉሜ) adlanır ki, bu da yunancadan tərcümədə “qalıq, artıq” deməkdir. 13-cü ay 5 gündən və hər 4 ildən bir isə 6 gündən ibarət olur.

Efiopiyanın 2016-cı ili niyə yaşadığının cavabı eramızın 500-cü ilinə aiddir.

Bu fərqin səbəbi isə Efiopiya xristianlarının dini inancları ilə, İsa peyğəmbərin dünyaya gəlişi ilə bağlı olan fərqliliklərlə əlaqədardır. Öz əcdadlarına hörmətlə yanaşan konservativ efiopiyalılar onların inanclarını indi də davam etdirirlər. Katolik Kilsəsi İsanın eramızın 500-cü ildə anadan olması ilə bağlı hesablamalarını dəyişib, lakin Efiopiya kilsəsi bunu etməyib. Efiopiya yeni ilini Qriqorian təqvimi ilə sentyabrın 11-də başlayır.

Efiopiyada yeni ilin hər il 11 və ya 12 sentyabr tarixlərində başlanması heç də təsadüfi deyil. Belə ki, məhz ilin həmin günlərində Nil çayı özünün ən bol sulu dövrünü yaşayır və efiopiyalılara görə bu hadisə ölkəyə “yeni həyat” gətirir.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı