"WhatsApp Web”in yeni funksiyası açıqlandı

“WhatsApp”ın kilidləmə funksiyası veb tətbiqə gəlir.

Metbuat.az-ın məlumatına görə, artıq WhatsApp istifadəçiləri istədiyi şəxslərlə yazışmalarını "WhatsApp Web” tətbiqində gizlədə bilərlər.

Hələlik həmin funksiya sınaq mərhələsindədir. Odur ki, funksiyanın nə zaman istifadəyə veriləcəyi hələlik məlum deyil.

Qeyd edək ki, messenceri yaratmış şirkətin əsası 2009-cu qoyulub. Şirkətin mərkəzi ofisi Santa Klara,Kaliforniya ştatında yerləşir.180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. Tətbiq ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı