Bakıda satıcı müştərini kəllə ilə vurdu, ağır cəza aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda mağazada müştərini döyməkdə təqsirləndirilən S.Tahirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Metbuat.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə, S. Tahirov 6 il 6 azadlıqdan məhrum edilib və o məhkəmə zalından həbs olunub.

İttihama əsasən, paytaxt sakini M.Qurbanov Yasamal rayonu Ə.Ələkbərov küçəsində yerləşən meyvə-tərəvəz mağazasına gedərək satıcıdan qiymətləri soruşub. Satıcı qiymətləri dedikdən sonra M. Qurbanov qiymətlərdə nisbətən endirim edilməsini xahiş edib.

Hadisə zamanı satıcı S.Tahirovla danışıb müştəri arasında mübahisə yaranıb. Münaqişə zamanı satıcı müştəriyə başı ilə zərbə endirib. Nəticədə M.Qurbanov baş beynin yüngül əzilməsi, alın sümüyünün mərkəzi qəlpəli, basılmış kəllə əsası ilə əlaqəli və burun sümüyünün kökündə yerdəyişməyən sınıqları, gözün iç bucağının qançırı xəsarətləri alıb. S.Tahirov Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı