"Azərbaycan xalqına, seçicilərinə uğurlar arzulayırıq. Bu gün Azərbaycanda tarixi gündür. Artıq saat 8.00-dan etibarən ölkə ərazisində sesvermə prosesi başlayıb".
Metbuat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycanda prezident seçkiləri ilə əlaqədar səsvermənin başlanmasını elan edərkən deyib.
MSK sədri qeyd edib ki, veb kameralar vasitəsi ilə seçkini müşahidə etmək imkanı yaradacaq və şəffaflıq baxımdan ən mühüm göstəricidir.