ABŞ-də səsvermə seçici fəallığı ilə başa çatdı

Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar ölkəmizin ABŞ-nin paytaxtı Vaşinqtondakı səfirliyində keçirilən səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın Vaşinqtondakı konsulu Ceyhun Novruzov açıqlamasında deyib.

Diplomat bildirib ki, ABŞ-də yaşayan və fəaliyyət göstərən 217 nəfər seçici səsvermədə iştirak edib: "Seçicilərin fəallığı baxımından səsvermə çox yüksək səviyyədə keçib. Səsvermə rəsmi olaraq başa çatdı və bundan sonrakı mərhələ səslərin sayılması prosesidir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı