Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları növbəti əməliyyat keçirib.
Metbuat.az-ın məlumatına görə, əməliyyat zamanı Elsun Məmmədov rüşvət alarkən yaxalanıb.
E. Məmmədov uzun müddət Bərdə rayon məhkəməsinin hakimi işləyib. Ötən il işində yol verdiyi nöqsanlara görə, onun hakimlik fəaliyyətinə xitam verilib.