"Barselona" Mbappeni almaq üçün iki futbolçusunu satır? - "Səhv olardı"

“Braselona” “Real Madrid”ə transferi gündəmdə olan PSJ-nin futbolçusu Kiliyan Mbappe barədə diqqətçəkən açıqlama verib.

Metbuat.az xəbər verir ki, “Barselona”nın idman direktoru Deko, Mbappeni transfer etməkdə maraqlı olmadıqlarını ifadə edib. Deko “Esport3” açıqlamasında Mbappe transferinin “Barselona” üçün niyə əhəmiyyətli olmadığını belə ifadə edib: "Nə olacağını bilmirəm. Mbappeni alıb Ronald Araujo və Frenkie de Yonqu satmaq səhv olardı. Heyəti daha da pisləşdirmək istəmirəm”.

Qeyd edək ki, Kiliyan Mbappenin “Real Madrid”ə transfer olmaq barədə qərar verdiyi deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR