Bakı Dövlət Universiteninin əməkdaşı vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasının böyük laborantı Kübra Ağayeva dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə BDU-nun mətbuat xidmətindən bildirilib.

Kübra Ağayeva 1942-ci ildə Xaçmaz rayonunda anadan olub. 1960-1962-ci illərdə Bakı Statistika Texnikumunda, 1962-1967-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.

O, 1969-1970-ci illərdə BDU-nun Kimya fakültəsində katibə-makinaçı, 1970-1979-cu illərdə Hazırlıq şöbəsində laborant, 1979-1995-ci illərdə Psixologiya və pedaqogika kafedrasında baş laborant, 1995-2021-ci illərdə Sosiologiya kafedrasında kabinet müdiri olub. 2021-ci ildən indiyədək kafedranın böyük laborantı vəzifəsində çalışırdı.

Kübra Ağayeva 4 elmi məqalə və 4 tezis müəllifi idi.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı