Yaponiya Ukraynanın bərpası üçün bu qədər vəsait ayıracaq

Yaponiya Nazirlər Kabineti Ukrayna hakimiyyətinə 106 milyon dollar məbləğində qrant köçürmək niyyətindədir.

Metbuat.az xəbər verir ki, Kiyev bu vəsaiti ölkənin bərpasına dair ikitərəfli konfransdan sonra alacaq. Tədbir bu il fevralın 19-na planlaşdırılıb.

Görüş zamanı Yaponiya və Ukrayna nümayəndələrinin iki dövlət arasında əməkdaşlığın yeddi prioritet sahəsini açıqlayacağı gözlənilir. Söhbət həm də ərazilərin minalardan təmizlənməsi və İT-nin inkişafı sahəsində Kiyev və Tokio arasında qarşılıqlı fəaliyyətdən gedir.

Bundan əlavə, tərəflər 10-dan çox müxtəlif sənəd imzalamağı planlaşdırır. Söhbət Yaponiya və Ukrayna arasında gələcək əməkdaşlığın aspektlərini tənzimləyən sazişlərdən gedir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı