Bu gün iş dünyasında müdirlər və menecerlər işə qəbul zamanı bir çox fərqli meyarları nəzərə alırlar. Ancaq son araşdırmalar göstərir ki, müdirlər işgüzar şəxsi xüsusiyyətlərinə malik bürclərə daha çox üstünlük verirlər.
Metbuat.az həmin bürclər haqqında məlumatı təqdim edir:
Oğlaq: Çalışqan insan olmaqla bərabər işgüzar bürclər dedikdə ağla gələn ilk adlardan biridir. Onlar həmişə iş haqqında düşünürlər.
Tərəzi: Tənbəl olmağı xoşlasa da, Tərəzilər işini mükəmməl görməyi sevir və işə gəldikdə çox çalışqandırlar.
Şir: Özünü çox sevən Şir bürcü iş həyatında mükəmməlliyə əhəmiyyət verir. Onun üçün yaradıcılığının xüsusi yeri var.
Əqrəb: İş intizamı inkişaf etmiş Əqrəb işində mükəmməllik axtarır. Ya istədiyi alınana qədər cəhd edir, ya da o işə heç vaxt başlamır.
Qız: Normal həyatlarında nizamlı və vasvası olan Qız bürcü, iş həyatında da mükəmməlliyə çatmağı xoşlayırlar. Nə qədər ki, işlər öz yolunda gedir, onlar da bir o qədər işgüzar olurlar.