Arif Quliyevin ailəsi çətin durumda: "5 gündür yatmırıq"

Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar xanımın səhhətində problem yaranıb.

Metbuat.az xəbər verir ki, bu barədə Moderator.az-a sənətkarın oğlu Rövşən Quliyev məlumat verib. Arif Quliyevin oğlu bildirib ki, atasının ölümündən sonra xəstəliyi şiddətlənən anası üçün tək çarə dualara qalıb:

“8 ildən çoxdur ki, anam qaraciyət serrozundan əziyyət çəkir. Bir müddət öncə halı yenidən pisləşdiyindən həkim çağırdıq, müayinə etdilər. Məlum oldu ki, insultun ağır formasını keçirib.Hazırda sol tərəfi işləmir, ayağa qalxa bilmir. Beş gündür ki, yatmırıq. Dərmanlar baha olsa da, köməksiz deyilik. Atamın adı bu gün də bizə kömək olur”,- deyə aktyorun oğlu bildirib.

Rövşən Quliyev qeyd edib ki, anası atası ilə nəfəs alırmış, o rəhmətə getdikdən sonra anasının xəstəliyi də şiddətlənib:

“Atam son günlərinə qədər anam üçün çalışdı, onu müdafiə etdi. Anam tez-tez danışır ki, atamı itirdikdən sonra evin ruzi-bərəkəti də onunla birlikdə getdi”.

Qeyd edək ki, Xalq artisti Arif Quliyev 2021-ci ildə 70 yaşında koronavirusdan vəfat edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı