Manaf Ağayev efirdə toy qiymətini açıqladı

Müğənni Manaf Ağayev efirdə ilk dəfə toy qiymətini açıqlayıb.

Metbuat.az Bizim.media-ya istinadən xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində danışıb.

M.Ağayev toya 10 min manata getdiyini söyləyib:

“Toya 50-100 minə getmirəm. 10 min manata gedirəm. 15 nəfərə pul verirəm. Bizim camaatda pulla bağlı şişirtmə var. Oliqarx musiqiçi yoxdur. Həmin musiqiçi də özünə görə yaşayır. Biz də onlardan biri... Evim, bağım və maşınım var, yaşayıram. Mən avtomobilləri çox sevirəm. Onların içində olan bir neçəsi retro avtomobillərdir. Onlar isə bahalı deyillər. İndiki mindiyim maşını satsam, həmin retro avtomobildən 20-sini alaram”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı