Adam öldürməkdə təqsirləndirilən şəxsi işi məhkəməyə göndərildi

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Metbuat.az-a Binəqədi rayon prokurorluğundan məlumat verilib.

Ötən ilin noyabrın 2-də Binəqədi rayonu ərazisində 1986-cı il təvəllüdlü Zülfiyyə Xamoyevanın qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanılmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

İstintaqla 1981-ci il təvəllüdlü Qədir Qasımovun tanışı Zülfiyyə Xamoyevanın yaşadığı mənzilə qanunsuz daxil olub bıçaqla çoxsaylı xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qədir Qasımova Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 157.1-ci (mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı