Ən eqoist bürclər bunlardır

Bəzi bürclər çox təkəbbürlü və özündən razıdırlar. Onlar öz eqoları ilə başqalarından fərqlənir.

Metbuat.az xarici mediaya istinadən ən eqolu bürcləri təqdim edir.

ŞİR - ümumiyyətlə, ən eqoist bürclərdən biri hesab olunur, özünü ən çox sevən bürcdür. Özlərinə qarşı hiss etdikləri heyranlığı başqa heç kimə qarşı hiss etmirlər. Bütün mübahisələrdən haqlı çıxmağı sevirlər. Onlar həmişə arqumentlərini atəş enerjisi ilə əsaslandırırlar. Çətin insanlardır.

TƏRƏZİ - eqoist hesab edilən bürclərdən biridir. Hər şeydən narazıdırlar. Danışmağı da çox sevirlər. Hər hansı kiçik xətanızı illərlə üzünüzə vura bilərlər. Manipulyasiya etməyi çox yaxşı bilirlər. Sizi asanlıqla ələ keçirə bilərlər. Heç kəsə yazıqları gəlmir. Onu narahat edən hər kəsin dincliyini pozur.

OXATAN -. İstəmədikləri müddətcə onları nə məmnun edə, nə də güldürə bilərsiniz. Özündən başqa heç kimi sevməyən oxatan bürcü yüksək eqolu bürclərdəndir. O, hər zaman, hər şəraitdə özünə güvənir və üstünlüyünü göstərməyə çalışır. Sarkazmlarını zəkaları ilə birləşdirəndə dözülməz olurlar.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı