Ançelotti Modriçə məşqçilər korpusunda yer almağı təklif etdi

"Real"ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Luka Modriçə Madrid klubunun məşqçilər korpusunda yer almağı təklif edib.

Metbuat.az xəbər verir ki, 38 yaşlı xorvatiyalı buna görə italiyalı mütəxəssisə təşəkkür etsə də, prioritetinin futbolçu karyerasını davam etdirmək olduğunu bildirib.

Daha əvvəl Modriçin Madrid klubu ilə müqaviləsini yeniləməyəcəyi və karyerasını başa vuracağı barədə informasiya yayılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR