“Barselona”dan gürcü futbolçuya fantastik təklif

“Barselona” klubu İtaliyanın “Napoli” klubunun gürcüstanlı yarımmüdafiəçisi Xviçi Kvaratsxeliyanı transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, gürcü futbolçunun “Barselona”nın əsas transfer hədəfləri arasında olduğu bildirilir. İspaniya mediasının məlumatına görə, “Barselona” futbolçu üçün 90-100 milyon avro təklif etməyə hazırdır. “Napoli”nin belə miqdarda gələn təklifə razılıq verəcəyi deyilir. “Transfermarkt” portalı futbolçunun transfer qiymətinin 80 milyon avro civarında olduğunu yazır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR