Uşaqlar arasında yayılan xəstəlik hansı virusdur? - Açıqlama

Son vaxtlarda uşaqlarda ürəkbulanma, qusma, qarın ağrı kimi narahatlıqlar müşahidə edilir.

Metbuat.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib. O qeyd edib ki, belə infeksiyaların gedişatında həm kataral, həm də mədə-bağırsaq əlamətləri ola bilər.

“Bu əlamətlər müşahidə edilərsə, həkim tərəfindən araşdırılıb düzgün diaqnoz qoyulmalıdır. Ümumiyyətlə, qrip, imuniteti zəif olan insanlar üçün ağır xəstəlikdir. Uşaqlar bu xəstəlikdə risk qrupu təşkil edirlər. Əgər yoluxma varsa profilaktik tədbirlərə başlamaq lazımdır. Peyvəndlər bu istiqamətdə müsbət nəticələr əldə olunmasına şərait yaradır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı