“Makarov” gəzdirən keçmiş məhkum saxlanıldı

Üzərində “Makarov” tapançası və sursat olan keçmiş məhkum saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Anar Eldarov H.Z.Tağıyev dəmir yolu stansiyası ərazisində saxlanılıb.

Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 5 ədəd patron, 1 ədəd patron darağı, həmçinin, müxtəlif çəkilərdə narkotik vasitələr və 19 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR